Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün rüsum müəyyənləşir.
Banco.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün 20 manat dövlət rüsumu alınacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
