Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb | Banco.az

Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Özbəkistan iqtisadiyyatına 74 milyon 887 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 58 milyon 204 min ABŞ dollar və ya 4,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 4-cü ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 109 milyon 851 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram