Putinin amerikalı jurnalistlə gündəm olan müsahibəsi rublun qiymətini qaldırdı | Banco.az

Putinin amerikalı jurnalistlə gündəm olan müsahibəsi rublun qiymətini qaldırdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Fevralın doqquzunda valyuta ticarətinin açılışında rublun məzənnəsi artıb.

Banco.az xəbər verir ki, Moskva birjasının məlumatlarına görə, Rusiya milli valyutasında artıma səbəb  amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə səhər saatlarında dərc olunmuş müsahibəsi olub.Ticarət əməliyyatları zamanı dolların məzənnəsi dərhal 90,54 rubla (-0,39%), avro isə 97,36 rubla (-0,56%) düşüb. Moskva vaxtı ilə saat 9:35-də dollar 91,04 rubl (+0,22%), avro isə 98,2 rubl (-0,06%) olub.

Xatırladaq ki, bir müddət əvvəl maliyyə analitikləri bildirmişdilər ki, rublun “dirilməsi”gözlənilmir. 

Qeyd olunub ki,  ABŞ və Rusiyanın qızıl-valyuta ehtiyatlarını pul kütləsinin müvafiq həcminə nisbətdə rubl 10 dəfə azdır.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayı ərzində rubl bir neçə dəfə bahalaşaraq 0.0192 manata qədər yüksəlib.  Azərbaycan Mərkəzi Bankının fevralın doqquzuna olan valyuta məzənnələri haqqında məlumatına görə, Rusiya rublu 0.0187 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et