Müəllif:Mehin Qasımova/Banco.az
Honq-Konq məhkəməsi nəhəng daşınmaz əmlak istehsalçısı China Evergrande-nin ləğv edilməsinə qərar verib.
Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə,bu gün "Evergrande" qiymətli kağızları Honq-Konq Ali Məhkəməsinin borca görə şirkətin ləğvi ilə bağlı qərarı fonunda 20,87% ucuzlaşıb.
Dünyanın ən böyük daşınmaz əmlak şirkətinin ləğv etmək qərarı onun müflis olması ilə bağlıdır.
Qeyd edək ki, şirkət 1996-cı ildə yaradılıb və layihələri üçün borc götürüb. Nəticədə 2021-ci ilin sonunda müflis elan edilib, öhdəliklərinin məbləği 300 milyard dolları keçib. Şirkətin səhmləri 2023-cü ildə 60%-dən çox ucuzlaşıb.
27 sentyabr 2023-cü ildə Evergrande Group-un sahibi, çinli milyarder Hui Ka Yang polis tərəfindən saxlanılıb.
"Everqrande"nin müflis elan edilməsi Çin iqtisadiyyatına zərbə vurdu və Çin daşınmaz əmlak bazarına inamı sarsıtdı. Ölkədə mənzil qiymətləri ucuzlaşmaqda davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!