Türkiyə və İran enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb | Banco.az

Türkiyə və İran enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə və İran enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb.

Banco.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan İran prezidenti İbrahim Rəisi ilə Prezident Kompleksində görüş keçirib.

Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci İclasından sonra müxtəlif müqavilələrin imzalanma mərasimi başlayıb.

Ərdoğan və Rəisinin iştirakı ilə ölkələr arasında 10 müqavilə imzalanıb.

Müqavilələr arasında “Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə koronavirus pandemiyasından sonra İranla illik 30 milyard dollarlıq ticarət hədəfi kontekstində irəliləyiş əldə edildiyini ifadə edən Ərdoğan bildirib ki, Rəisi ilə bu kontekstdə atılacaq addımları müzakirə ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et