Azərbaycanın xarici ticarət dövriyyəsinin 90 faizi İtaliyanın payına düşüb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin 90 faizi İtaliyanın payına düşüb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac olunmuş, 184 ölkədən idxal olunmuşdur.

Banco.az xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 37367,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 23193,2 milyon dollar, idxalın dəyəri 14174,2 milyon dollar təşkil etmiş, nəticədə 9019,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,9 faiz, real ifadədə 4,6 faiz azalmışdır. İdxal real ifadədə 4,6 faiz artmış, ixrac isə 7,7 faiz azalmışdır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,0 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, Yunanıstan, Hindistan, İspaniya, Gürcüstan, Birləşmiş Krallıq, Çexiya, Türkmənistan, ABŞ, Rumıniya, Fransa, Xorvatiya, Vyetnam, İrlandiya, Bolqarıstan, İran və Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram