Müəllif:Mehin Qasımova/Banco.az
Tacikistan və İran 19 milyon dollarlıq hasilatla bağlı müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Belə ki, özəl sektor nümayəndələri arasında ikitərəfli əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər və dialoqlar keçirilib. Bu tədbirlər zamanı İran və Tacikistan nümayəndələri arasında əməkdaşlıq haqqında saziş və müqavilələr imzalanıb.
Saziş iranlı tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Tacikistanın daxili imkanlarından istifadə edilməklə həyata keçiriləcək kimya, tekstil, tikinti məhsulları və dərman vasitələrinin emalı və istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!