Bakı və regionlarda yeni avtobus dayanacaqları quraşdırılacaq.
Banco.az xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması üzrə satınalma müsabiqəsi elan edilib.
Müsabiqənin təxmin edilən dəyəri 3 654 073,57 AZN təşkil edir.
