Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) qurumları “ChatGPT” və “Gemini” kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunla bağlı razılığa gəliblər.
Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlər ilə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və dünyada ilk hərtərəfli süni intellekt qaydalarını gətirəcək "Süni İntellekt Qanunu" ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Razılığa əsasən, Avropa ölkələrində istifadə ediləcək süni intellekt sistemlərinin təhlükəsiz olması və fundamental hüquqlara və İttifaqın dəyərlərinə hörmət etməsi zəruridir.
Süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına uyğun olaraq “risk əsaslı” yanaşma ilə tənzimlənəcək. Yüksək riskli süni intellekt sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunacaq. Süni intellekti sadə proqram sistemlərindən ayırmaq üçün aydın meyarlar müəyyən ediləcək.
Süni intellektin heç bir halda üzv dövlətlərin milli təhlükəsizlik sahəsində səlahiyyətlərinə və ya bu sahəyə həvalə edilmiş hər hansı təşkilata təsir göstərməməsi təmin ediləcək.
Müxtəlif yüksək riskli AI sistemlərinə icazə veriləcək, ancaq yüksək riskli süni intellekt sistemlərinin Aİ bazarına çıxışı bir sıra qayda və öhdəliklərə tabe olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!