Gələcəyin texnologiyası süni intellekt: Bəşəriyyətə faydalı yoxsa təhlükəli olacaq? | Banco.az

Gələcəyin texnologiyası süni intellekt: Bəşəriyyətə faydalı yoxsa təhlükəli olacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada ilk dəfə olaraq süni intellekt qanun layihəsi yazıb.

Banco.az xəbər verir ki, Braziliyada bələdiyyə şurasının üzvü qanun layihəsini süni intellektlə yazıb. Mətn 36 deputatdan ibarət parlament tərəfindən qəbul edilərək qanuna çevrilib.

Qloballaşan dünyada hegemonluq uğrunda rəqabət alətinə çevrilən süni intellektə maraq günü-gündən artmaqdadır

 2022-ci ilin statistikasına əsasən ABŞ bu sahəyə qoyulan investisiyanı iki dəfə artıraraq 93.5milyarda çatdırıb. Bu sahədə maariflənmə təbliğatının başında isə Çin dayanır. 2010-cu ildə süni intellekt barədə  nəşrlərin sayı 162,5 min idisə, 2021-ci ildə bu göstərici 334,5 minə çatıb.

Süni intellektin insan əməyi olan bir çox sahəni sıradan çıxaracağı ilə bağlı fikirlər var.

Ekspertlər hesab edir ki,   süni intellekt texnologiyalarının insanların iş yerlərini itirməsinə səbəb olub-olmayacağı sualı  mürəkkəb məsələdir.

Amma bu da faktdır ki, süni intellekt texnologiyaları bəzi işləri avtomatlaşdıraraq insanların işini itirməsinə səbəb ola bilər. Xüsusilə rutin, təkrarlanan və aşağı ixtisaslı işlərdə süni intellekt texnologiyaları insana ehtiyac duyulmayan səviyyəyə gətirilə bilər. Artıq robotlar istehsal sektorunda bəzi işlərdə insanları əvəz etməyə başlayıb.

Mövzu barədə Banco.az- açıqlama verən İKT üzrə ekspert Bəhruz Əliyev bildirdi ki,  süni intellekt texnologiyaları da işi daha səmərəli edə və bizneslərin daha məhsuldar olmasına kömək edə bilər.

“Dünya İqtisadi Forumunun “İş sahələrinin gələcəyi” hesabatına əsasən, texnologiyanın mənimsənilməsi artdıqca, 2025-ci ilə qədər işçilərin 50%-nin yenidən ixtisaslaşmasına ehtiyacı olacaq. Sorğusunun respondentləri hesab edir ki, işçilərin təxminən 40%-i altı ay və ya daha az müddətdə yenidən ixtisaslaşma tələb edəcək. Qadınların da bəzi sahələrdə aktivliyinin artacağı proqnozu xüsusi göstəricilər arasındadır”.

Ekspert gələcəyə doğru tələb olunacaq bacarıq növləri aşağıdakı xüsusiyyətlərinə əsasən qruplaşdırıb:

1. Problem həlli

2. Özünü idarəetmə

3. İnsanlarla işləmək

4. Texnologiyadan istifadə və inkişaf

Bəhruz Əliyev hesab edir ki, texnologiyaların və innovasiyaların inkişafı zamanı bəzi işlərə tələbat artacaq bəzi işlərə isə tələbat azalacaqdır. Təqribən 97 milyon insan isə  əsasən süni intellektin istifadə olunduğu sahələrdə iş tapa biləcək.

Həmin sahələr aşağıdakılardır

Ən sərfəli kredit üçün müraciət et

1.         Data analitikləri və elm adamları

2.         Süni intellekt və maşın öyrənmə mütəxəssisləri

3.         Böyük həcmli məlumat (Big Data) mütəxəssisləri

4.         Rəqəmsal marketing və strategiya mütəxəssisləri

5.         Proseslərin avtomatikləşdirilməsi mütəxəssisləri

6.         Biznesin inkişafı üzrə mütəxəssisləri

7.         Rəqəmsal transformasiya mütəxəssisləri

8.         İnformasiya təhlükəsizliyi analitikləri

9.         Proqram və tətbiq proqramçıları

10.       Əşyaların internet üzrə mütəxəssisləri

Bəs hansı sahələrə tələbat azalacaq?

1.         Məlumat daxil edən operatorlar

2.         İnzibati və məsul katibliklər

3.         Mühasibat uçotu və əmək haqqı məmurları

4.         Mühasib və auditorlar

5.         Montaj və fabrik işçiləri

6.         Müştəri məlumatları və müştəri xidmətləri

7.         Ümumi və əməliyyatlar üzrə menecerlər

8.         Mexaniklər və maşın təmirçiləri

9.         Material-qeydiyyatı və anbar-mühasiblər

 

 

Ekspert hesab edir ki, iş yerlərinin texnoloji səbəblərlə kəskin ixtisarı və transformasiyası uzun zaman tələb etdiyindən işlərin köhnələrək, yeni çağırışlara qoşulması mərhələli formada baş verəcəkdir.

“Həmin  sahələr üzrə 85 milyon insanın işlədiyi iş yerinə tələbat azalacaqdır. Amma bu 85 milyon insanın işsiz qalması kimi düşünülməməlidir. İnsanların bir qismi yeni texnologiyalar ilə bağlı ixtisasını artıraraq, 97 milyonla birlikdə yeni iş çağırışına qoşulacaq.

Sosial yönlü dövlətlərdə isə bu transformasiya daha gec baş verir. Beləliklə aydın olur ki, Süni intellekt, texnoloji inkişaf iş yerlərini məhv etmir və dağıtmır. İnsana olan ehtiyacı da azaltmır. Sadəcə işlərin uzunmüddətli transformasiyası baş verir.

Səmərəli texnoloji imkanların üstünlüklərindən hər zaman yararlanmaq və daimi inkişafda olmaq fərd olaraq hər birimizin hədəfində olmalıdır”.

 

Ən sərfəli krediti almaq üçün müraciət et