"S&P Global Ratings": Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq | Banco.az

"S&P Global Ratings": Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq

Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq.

Bu barədə "S&P Global Ratings" reytinq agentliyinin proqnozunda bildirilib.

    Agentlik bu ilin sonuna inflyasiya proqnozunu 6% müəyyən edib. "S&P" ölkədə qiymətlərin artım tempini 2026-cı ildə 4,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırıb.

    Başqa sözlə, reytinq agentliyinin qiymətləndirməsinə görə, inflyasiya növbəti illərdə tədricən sabitləşəcək və orta müddətli dövrdə 4–4,5 faiz intervalında formalaşacaq.

    apa