Fitch: İKZF-nin istiqrazlarının təxminən 80%-i Mərkəzi Bankın əlindədir | Banco.az

Fitch: İKZF-nin istiqrazlarının təxminən 80%-i Mərkəzi Bankın əlindədir

Müəllif: Gülnar Əhmədli, Banco.az

İpoteka və Kredit Zəmanət Fondu-nun (İKZF) maliyyə sabitliyi onun sabit, lakin orta gəlirliliyində və davamlı biznes modelində əks olunan davamlı və əsaslı dövlət dəstəyi ilə təmin edilir

Banco.az xəbər verir ki, bu barədə “Fitch Ratings”in məlumatında qeyd edib.

"Fond 2024-2025-ci illərdə dövlətdən 172,7 milyon manat kapital alıb və bu vəsaiti sosial ipotekanın maliyyələşdirilməsinə sərf edib. Mərkəzi Bankın fondun istiqrazlarının geri alınması zəmanəti dəstəyin başqa bir formasıdır. Hazırda İKZF-nin dövriyyədə olan istiqrazlarının təxminən 80%-i Mərkəzi Bankın əlindədir", - agentlik qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram