Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerikalı iş adamı Ceff Bezosa məxsus aerokosmik şirkət olan Blue Origin-ə məxsus New Glenn adlı yeni raketin buraxılışı güclü günəş fırtınaları səbəbindən təxirə salınıb.
Banco.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən bazar günü planlaşdırılan buraxılışı təxirə salınan “New Glenn” adlı yeni raketin uçuşu nəzərdə tutulan buraxılışdan 5 saat əvvəl günəş fırtınaları səbəbindən bir daha ləğv edilib.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) artan radiasiyanın mümkün təsirlərinə görə şərait yaxşılaşana qədər buraxılışı təxirə salmaq qərarına gəlib və yeni tarix müəyyən edilməyib.
“New Glenn” raketinin NASA-nın “ESCAPADE” missiyası çərçivəsində Marsa iki eyni peyk daşıması planlaşdırılır.
Adını Yer orbitinə çıxan ilk amerikalı astronavt Con Qlenndən alan raket yanvar ayında keçirilən ilk sınaq uçuşu çərçivəsində ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Bazasından buraxılmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
