Kartlar - araşdırma draft | Banco.az

Kartlar - araşdırma draft

Kartların üstünlüklərinin artması kartlara olan marağı, eyni zamanda bazar rəqabətini artırıb. Belə ki, cari ilin oktyabr ayının 1-i tarixinə ölkədə ödəniş kartlarının sayı 15 milyon 939 min ədəd təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.8% çoxdur. Artım debet kartları üzrə 20.4% olub.

Ödəniş kartlarının sayının artması nağdsız ödənişlərə də öz təsirini göstərib. Bu baxımdan nağdsız ödənişlərin həcmindəki artım sentyabr ayı ərzində də davam edib (sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4388 mln. manat təşkil edib).

Bankların təklif etdiyi plastik və digital kartların üstünlükləri insanları kart almağa cəlb edir. Hər kəs ən sərfəli kartları almaqda maraqlıdır. Lakin bank kartlarının xüsusiyyətləri bir-birindən fərqlidir. Belə ki, bütün üstünlüklər bir kartda olmaya bilər. Bəzi kartlar ödənişlərə daha çox kəşbək verir, bəziləri kartdakı qalığa daha çox faiz hesablayır, bəzilərində isə nağdlaşdırma faizi daha aşağıdır.

Bu baxımdan kart seçərkən yuxarıda qeyd edilən göstəricilərə baxılır. Əgər kart gündəlik alış-veriş üçün istifadə edilirsə, kartın kəşbək faizləri, pul saxlamaq üçün istifadə edilirsə, kartdakı qalığa faiz nəzərə alınır. Buna görə də ən sərfəli kart anlayışı hər kəs üçün fərqli ola bilər. Sərfəli kart istifadə yönündən asılı olaraq dəyişir.

Bu məqalədə kartları bir neçə kateqoriya üzrə təqdim edəcəyik. Kart alarkən ən çox sizi maraqlandıran suallara bu məqaləmizdə cavab tapacaqsınız. Belə ki, kartın adı, müddəti, qiyməti, kəşbek faizləri, nağdlaşdırma faizləri və kartdakı qalığa hesablanan faiz barədə aşağıdakı qrafiklərdən məlumat ala bilərsiniz.

Qeyd edək ki, araşdırma yalnız sadə debet kartlarını əhatə edir.

Aşağıdakı qrafikdə kartların qiyməti və müddəti qeyd edilib. Əksər kartlar pulsuz təqdim edilir. Bəzi banklarda isə ilkin mədaxillə kartı pulsuz əldə etmək mümkündür. 

Aşağıdakı cədvəldə bankların öz ATM-lərindən nağdlaşdırma faizləri qeyd edilib. Banklar tərəfindən müəyyən limitə qədər nağdlaşdırmada komissiya tutulmur. 

Aşağıdakı qrafikdə kəşbek kateqoriyaları üzrə faizlər qeyd edilib. Noyabr ayına olan faizlərə əsasən hazırda ən yüksək kəşbek "Rabitəbank"dadır. 

Bu qrafikdə isə kəşbekin qaytarılma müddəti və ay ərzində maksimum qazanıla biləcək kəşkeb məbləği qeyd edilib. 

Digər bir üstünlük isə kartdakı qalığa hesablanan faizdir. Aşağıdakı qrafikdən daha ətraflı məlumat əldə edə bilərsiniz.