Rusiya Mərkəzi Bankı üç illik fasilədən sonra faiz dərəcələrini aşağı salıb.
Banco.az xəbər verir ki,bu addımla faiz dərəcəsi 21 faizdən 20 faizə endirildi.
Bankın son dövrlərdə inflyasiya təzyiqlərinin azalmağa davam etdiyi vurğulanıb.
Açıqlamada daxili tələbatın mal və xidmət təklifindəki artımın üstündə olduğu, Rusiya iqtisadiyyatının balanslı bir böyümə prosesinə girdiyi qeyd edilib.
Açıqlamada sərt pul siyasətinin 2026-cı ildə inflyasiya hədəfinə çatana qədər davam edəcəyi ifadə edilib.
Bəyanatda siyasət faizi ilə bağlı gələcək qərarların inflyasiya dərəcəsi və inflyasiya gözləntiləri istiqamətində veriləcəyinə işarə edilib.
Mövcud pul siyasətinə uyğun olaraq gələn il inflyasiyanın 4 faizə düşəcəyi bildirilib.