“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib | Banco.az

“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib

Rəşad Məlikov Rasim oğlu “Bank of Baku” ASC-nin İdarə Heyətinin üzvü, eləcə də İdarə heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı təyin olunub.

Banco.az xəbər verir ki, Rəşad Məlikov 2005-2009-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə üzrə bakalavr təhsili alıb.

Daha sonra təhsilini sözügedən universitetdə 2009-2013-cü illərdə davam etdirərək MBA proqramı (Biznesin təşkili) üzrə magistr dərəcəsi alıb.

Rəşad Məlikov bank sektorunda peşəkar karyerasına 2011-ci ildə Bank of Baku-da başlayıb.

Həmin ildən 2018-ci ilədək Aktiv/passivlərin idarə edilməsi və büdcə təşkili departamentində, Maliyyə departamentində fərqli vəzifələri icra edib.

2018-ci ildən etibarən Maliyyə departamentinin Proqnoz və büdcə şöbəsinin müdiri olaraq çalışıb.

2019-cü ildən isə bu vəzifə ilə yanaşı, baş mühasib vəzifəsini yerinə yetirib.

2022-ci ildən hazırkı təyinata qədər Bank of Baku-da Maliyyə departamentinin direktoru/Baş mühasib olaraq fəaliyyət göstərib.