Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək | Banco.az

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb.

Bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) idarə heyətinin sədri Yusif Abdullayev deyib.

O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır:

    “Bu prosedurları Çin tərəfindən adiyyatı qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Müraciətdə meyvə-tərəfəz, ət məhsulları var. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu Çində böyük idxal potensialı olan bir məhsuldur. Azərbaycandan artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb".

    APA