Müəllif: Tamara Mustafayeva, Banco.az
G7-nin ticarət nazirləri artan iqtisadi təzyiqlərə qarşı birgə səyləri artırmağı öhdələrinə götürüblər.
Banco.az xəbər verir ki, G7 ticarət nazirləri Yaponiyanın Osaka şəhərində keçirilən görüşdən sonra birgə bəyanat yayıblar.
Bəyanata görə, nazirlər son vaxtlar artan iqtisadi təzyiqlərə qarşı birgə səyləri artırmağı öhdələrinə götürüblər.
Ticarəti lüzumsuz şəkildə məhdudlaşdıran tədbirlərin ləğv edilməsinə çağıran nazirlər nadir elementlərin ixrac tədbirlərini narahatlıqla izlədiklərini bildiriblər.
Nazirlər yarımkeçiriciləri və akkumulyatorları əhatə edən davamlı təchizat zəncirlərinin yaradılması sahəsində əməkdaşlığı artırmaq və bu məqsədlə G7 daxilində və ondan kənarda etibarlı tərəfdaşlarla işləmək barədə razılığa gəliblər.
Bizi sosial şəbəkələrdən izləyin!!