Britaniya hökumətinə "vergi artımı" barədə xəbərdarlıq edildi | Banco.az

Britaniya hökumətinə "vergi artımı" barədə xəbərdarlıq edildi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya hökumətinə "vergi artımı" barədə xəbərdarlıq edildi.

Banco.az xəbər verir ki, İngiltərənin Büdcə Məsuliyyəti Ofisi (OBR) illik Maliyyə Riskləri və Dayanıqlılıq Hesabatında hökuməti dövlət maliyyəsi ilə bağlı ciddi risklər barədə xəbərdar edib. Hesabatda bildirilib ki, səhiyyə, sosial qayğı və pensiya xərclərinin idarə olunması istiqamətində tədbirlər görülməzsə, ölkənin dövlət borcu davamlı şəkildə artan və dayanıqsız bir trayektoriyaya daxil olacaq.

OBR qeyd edib ki, son 20 ildə İngiltərədə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti inkişaf etmiş ölkələr arasında ən sürətlə artan göstəricilərdən biri olub. Hesabatda bunun əsas səbəblərindən birinin əhalinin yaşlanması olduğu vurğulanır. Proqnozlara əsasən, səhiyyə xərcləri 2030–2031-ci illərdə ÜDM-in 8 faizi səviyyəsindən 2075–2076-cı illərdə 13 faizə yüksələcək.

OBR hesab edir ki, dövlət borcunun nəzarətdən çıxmasının qarşısını almaq üçün 2030-cu illərin əvvəllərində əlavə vergi artımlarına və ya dövlət xərclərinin azaldılmasına ehtiyac yaranacaq.

Hesabatda həmçinin xəbərdarlıq edilir ki, bu istiqamətdə islahatların təxirə salınması həm ölkə, həm də gələcək nəsillər üçün maliyyə yükünü daha da artıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram