Bu il qlobal təbii qaz tələbatının azalacağı gözlənilir | Banco.az

Bu il qlobal təbii qaz tələbatının azalacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il qlobal təbii qaz tələbatının azalacağı gözlənilir.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, Yaxın Şərqdə davam edən münaqişələr qlobal təbii qaz bazarında təklif şokuna səbəb olub. Təklifin məhdudlaşması və qiymətlərin yüksək qalması fonunda bu il dünyada təbii qaza tələbatın 0,5 faiz azalacağı gözlənilir.

BEA-nın yayımladığı "2026-cı ilin üçüncü rübü üzrə Qaz Bazarı Hesabatı"na əsasən, ötən ilin ikinci yarısından etibarən tədricən sabitləşməyə başlayan qlobal təbii qaz bazarında tarazlıq fevralın sonunda Yaxın Şərqdə müharibənin başlaması və Hörmüz boğazının faktiki olaraq bağlanması ilə yenidən pozulub.

Hesabatda qeyd olunur ki, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazında daşımaların dayanması beynəlxalq bazarlarda qiymətlərin kəskin dalğalanmasına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram