BVF-Dünya Bankının illik iclasları fikir ayrılığı ilə yekunlaşıb | Banco.az

BVF-Dünya Bankının illik iclasları fikir ayrılığı ilə yekunlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mərakeşdə keçirilən BVF-Dünya Bankının illik iclasları başa çatıb.

Banco.az xəbər verir ki, görüşlər zamanı Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) üzvləri Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin münaqişəsi üçün istifadə olunacaq dillə bağlı fikir ayrılıqları səbəbindən birgə bəyanatla bağlı razılığa gələ bilməyiblər.

IMFC üzvləri Afrika ölkələrini təmsil etmək üçün BVF-in İdarə Heyətinin başqa bir üzvünün təyin edilməsinə razılıq veriblər və BVF-in İcraiyyə Şurasını “2025-ci ilin iyun ayına qədər fondun səhmdarlığı düsturunda dəyişikliklər üçün seçimlər təklif etməyə” çağırıblar.

Qeyd edək ki, BVF-ə üzv ölkələr ilin sonuna kimi fondun kredit resurslarında “əhəmiyyətli artım” barədə razılığa gəlsələr də, Çin və Braziliya kimi digər böyük inkişaf etməkdə olan ölkələrə daha çox pay (səsvermə hüququ) verilmədən BVF-in maliyyələşdirilməsini artırmaq üçün Vaşinqton tərəfindən dəstəklənən plana dair razılığın əldə edilməməsi diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram