Bu il sərvətini ən çox artıran 15 milyarder | Banco.az

Bu il sərvətini ən çox artıran 15 milyarder

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qlobal bazarlarda geosiyasi hadisələr səbəbindən dalğalı vəziyyət davam edərkən, bəzi milyarderlər ilin əvvəlindən sərvətlərini əhəmiyyətli dərəcədə artırmağı bacarıb.

Banco.az xəbər verir ki, Bloomberg məlumatlarına görə, ilin əvvəlindən sərvətini ən çox artıran 15 milyarder bunlar olub:

1. Michael Dell: +77,2 milyard dollar

Dell Technologies-in qurucusu Michael Dell-in sərvəti ilin əvvəlindən 77,2 milyard dollar artaraq 217,2 milyard dollara çatıb.

2. Elon Musk: +64,2 milyard dollar

Elon Musk bu il sərvətini 64,2 milyard dollar artırıb. SpaceX-in qurucusu və Tesla-nın sahibi olan milyarderin ümumi sərvəti 683,6 milyard dollara yüksəlib.

3. Giancarlo Devasini: +45,7 milyard dollar

İtaliyalı iş adamı Giancarlo Devasininin sərvəti 45,7 milyard dollar artaraq 58,9 milyard dollara çatıb.

4. Jeff Bezos: +36,7 milyard dollar

Amazon-un qurucusu Jeff Bezos bu il sərvətini 36,7 milyard dollar artırıb. Onun sərvəti 290 milyard dollara yüksəlib.

5. Larry Page: +35,8 milyard dollar

Google-ın həmtəsisçisi Larry Page-in sərvəti 35,8 milyard dollar artaraq 304,8 milyard dollara çatıb.

6. Sergey Brin: +33,2 milyard dollar

Google-ın həmtəsisçisi Sergey Brin bu il sərvətini 33,2 milyard dollar artırıb. Onun sərvəti 283,3 milyard dollara yüksəlib.

7. Jeffery Steven Yass: +28,8 milyard dollar

Susquehanna International Group-un həmtəsisçisi Jeffery Steven Yassın sərvəti 28,8 milyard dollar artaraq 92,1 milyard dollara çatıb.

8. Zhang Yiming: +27,7 milyard dollar

ByteDance şirkətinin qurucusu Zhang Yiming sərvətini 27,7 milyard dollar artırıb. Onun ümumi sərvəti 92,8 milyard dollara çatıb.

9. Gautam Adani: +27,6 milyard dollar

Adani Qrupunun qurucusu Gautam Adaninin sərvəti 27,6 milyard dollar artaraq 112 milyard dollara yüksəlib.

10. Thomas Peterffy: +26,8 milyard dollar

Interactive Brokers-ın qurucusu Thomas Peterffy sərvətini 26,8 milyard dollar artıraraq 103,9 milyard dollara çatdırıb.

11. Liang Wenfeng: +21,8 milyard dollar

Çinli süni intellekt şirkəti DeepSeek-in qurucusu Liang Wenfengin sərvəti 21,8 milyard dollar artaraq 37,9 milyard dollara yüksəlib.

12. David Sun: +20,9 milyard dollar

Kingston Technology-nin həmtəsisçisi David Sunun sərvəti 20,9 milyard dollar artaraq 52 milyard dollara çatıb.

13. John Tu: +20,9 milyard dollar

Kingston Technology-nin həmtəsisçisi John Tu sərvətini 20,9 milyard dollar artıraraq 52 milyard dollara çatdırıb.

14. Changpeng Zhao: +17,5 milyard dollar

Binance-in rəhbəri Changpeng Zhaonun sərvəti 17,5 milyard dollar artaraq 67,2 milyard dollara yüksəlib.

15. Carlos Slim: +17,4 milyard dollar

Meksikalı iş adamı Carlos Slimin sərvəti 17,4 milyard dollar artaraq 128,6 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram