İyulda Türkiyədə bərpa olunan enerjinin payı 58 faizi ötüb | Banco.az

İyulda Türkiyədə bərpa olunan enerjinin payı 58 faizi ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyulda Türkiyədə bərpa olunan enerjinin payı 58 faizi ötüb.

Banco.az xəbər verir ki, “Türkiyə Elektrik Ötürmə A.Ş.”nin (TEİAŞ) məlumatına görə, iyul ayında ölkə üzrə bütün enerji mənbələrindən ümumilikdə 34,7 TVt-saat elektrik enerjisi istehsal edilib.

Həmin dövrdə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin həcmi təxminən 20,3 TVt-saat təşkil edib. Beləliklə, bərpa olunan enerji mənbələrinin ümumi elektrik istehsalındakı payı 58,44 faizə yüksəlib.

Bu göstərici TEİAŞ-ın 1 yanvar 2016-cı il tarixindən etibarən statistik məlumatları dərc etməyə başlamasından bəri iyul ayı üzrə qeydə alınan ən yüksək bərpa olunan enerji payı hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram