Azərbaycanda bu il hasil olunan qaz kondensatının həcmi açıqlanıb | Banco.az

Azərbaycanda bu il hasil olunan qaz kondensatının həcmi açıqlanıb

Bu ilin birinci yarısında Azərbaycanda 2 259,94 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,1% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 253,07 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir.

    Xatırladaq ki, ötən il Azərbaycanda 4 911,88 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,1% azdır.

    2025-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatının 4 903,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,12% azalma deməkdir.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram