Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlakçı inamı sentyabr ayında gözləniləndən aşağı nəticələnib.
Banco.az xəbər verir ki, Konfrans Şurası (CB) amerikalı istehlakçıların meyllərini ölçən istehlakçı inam indeksi ilə bağlı sentyabr məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə istehlakçı inam indeksi sentyabr ayında ötən aya nəzərən 5,7 faiz bəndi azalaraq 103 punk olub.
İndeksin 105,5 punkta çatacağı proqnozlaşdırılmışdı. İstehlakçı inam indeksi avqust ayında 108,7 punkt olaraq qeyd edilmişdi.
Amerikalı istehlakçıların cari biznes və əmək bazarı şərtləri ilə bağlı qiymətləndirmələrini əks etdirən cari vəziyyət indeksi isə sentyabr ayında 0,4 faiz bəndi artaraq 147,1 punkta yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!