Rusiya aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə reyslərin sayını artırır | Banco.az

Rusiya aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə reyslərin sayını artırır

Avqustun 31-dən Rusiyanın “İrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artıracaq.

Bu barədə Krasnoyarsk Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Məlumata görə, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. Belə ki, Krasnoyarskdan təyyarə cümə axşamı saat 20:20-də, bazar günü isə saat 18:00-da havaya qalxacaq və müvafiq olaraq saat 22:10-da və saat 19:50-da Bakıya çatacaq.

Bakıdan isə təyyarə cümə axşamı 11:30-da havaya qalxacaq, 19:10-da Krasnoyarska çatacaq. Bazar günü isə təyyarə Azərbaycandan saat 09:10-da yola düşəcək, 16:50-də Rusiyaya çatacaq.

Biletin qiyməti bir tərəfə 23 560 rubl (247 ABŞ dolları), iki tərəfə isə 57 063 rubl (599 ABŞ dolları) təşkil edir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram