"Türk dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 4,9 trilyon dollara çatıb" | Banco.az

"Türk dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 4,9 trilyon dollara çatıb"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Türk dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 4 trilyon 948 milyard dollara çatıb. Alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqda ÜDM-in həcmi Türkiyədə 3 tirlyon 573 milyard, Qazaxıstanda 604 milyon 551 min, Özbəkistanda 420 milyon, Azərbaycanda 189 milyon 800 min, Türkmənistandan 117 milyon 770 min, Qırğızıstanda isə 43 milyon 318 min dollar olub".

Banco.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov açıqlayıb.

Onun sözlərinə görə, bu isə o deməkdir ki, əgər Türk ölkələri vahid dövlət olsaydılar, o zaman o alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqda ÜDM-in həcminə görə dünyadan 7-ci ən böyük dövlət olardı: "Bütün bunlar fonunda isə, xüsusən son illər Türk dövlətləri arasında əlaqələrin genişlənməsi və dərinləşməsi müşahidə olunur. 2021-ci əsr Türk dövlətləri əsridir". 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et