Hindistan və Yaponiya arasında anlaşma memorandumu imzalanıb | Banco.az

Hindistan və Yaponiya arasında anlaşma memorandumu imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan və Yaponiya arasında çip tədarükü zəncirini gücləndirmək üçün anlaşma memorandumu imzalanıb.

Banco.az xəbər verir ki, Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Naziri Aşvini Vaişnav  və Yaponiyanın İqtisadiyyat və Ticarət Naziri Yasutoşi Nişimura tərəfindən Hindistanın paytaxtı Yeni Dehli şəhərində imzalanmış anlaşma memorandumu ilə tərəflər çiplərin layihələndirilməsi, istehsalı, avadanlıq tədqiqatı və tədarük zəncirinin gücləndirilməsi barədə razılıq əldə ediblər.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Vaişnav razılaşma ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, hər kəsin çevik çip tədarük zənciri istədiyi bir vaxtda bu məsələdə Hindistan və Yaponiyanın iki çox vacib tərəfdaşdır.

Ən sərfəli kredit üçün müraciət et

Çip sənayesinin 650 milyon dollardan 1 trilyon dollara qədər dəyər qazanan bir sənayeyə çevriləcəyini vurğulayan Vaişnav bildirib ki, bu, dünyanın bir çox yerlərində nəzərəçarpacaq artıma işarə edir və iki ölkə bu baxımdan öncül ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et