“Netflix” bu ölkədəki istifadəçilərin profillərini bölüşməsinə görə əlavə ödəniş alacaq | Banco.az

“Netflix” bu ölkədəki istifadəçilərin profillərini bölüşməsinə görə əlavə ödəniş alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” ABŞ-da istifadəçilərin bir-biri ilə hesablarını bölüşməsinə görə ödəniş tələb edəcək.

Banco.az xəbər verir ki, qlobal video-yayım platforması “Netflix” profillərinin parolunu başqaları ilə bölüşən ABŞ-dakı müştəriləri üçün nəzərdə tutulan yeni ödəniş cədvəlini dərc edib.

Belə ki, ABŞ-dakı istifadəçilər bundan sonra ayda 8 dollar ödəməklə öz hesab məlumatlarını başqaları ilə bölüşə biləcəklər. O da qeyd edilib ki, bu seçim yalnız standart və premium plandan istifadə edən müştərilərə təqdim olunacaq.

Şirkət ABŞ və Kanadada yaşayan 30 milyon istifadəçi də daxil olmaqla, dünya üzrə ümumilikdə 100 milyon ailənin əlavə ödəniş etmədən eyni “Netflix” hesabından istifadə etdiyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et