Bill Qeyts yaxın gələcəkdə süni intellektin alış-veriş saytlarının yerini tutacağını düşünür | Banco.az

Bill Qeyts yaxın gələcəkdə süni intellektin alış-veriş saytlarının yerini tutacağını düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bill Qeyts: Süni intellekt alış-veriş saytlarını əvəz edəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Microsoft”un həmtəsisçisi Bill Qeyts axtarış sistemi və onlayn alış-veriş platformaları üçün ən böyük rəqabətin süni intellekt texnologiyası cəhhəsindən gələcəyinə diqqət çəkib.

O bildirib ki, ehtimal ki, bir daha heç vaxt insanlar axtarış saytlarına daxil olmayacaq. “Amazon”a daxil olmayacaq.

Qeyts bu sözləri “Goldman Sachs Group” və “SV Angel” tərəfindən San-Fransisko şəhərində təşkil edilən "AI Forward 2023" tədbirindəki çıxışı zamanı dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Tanınmış milyarder qeyd edib ki, sözügedən zaman gəlib çatdıqda “Microsoft”un yarışdan kənarda qalacağı onu məyus edir, ancaq rəqabətin əsas tərəfi kimi 50 faizlik ehtimalla bir startap layihəsi olacağına inanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et