İqtisadiyyat Nazirliyi Tatarıstanın Sənaye Klasteri ilə əməkdaşlıq edəcək | Banco.az

İqtisadiyyat Nazirliyi Tatarıstanın Sənaye Klasteri ilə əməkdaşlıq edəcək

Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Russia Halal Expo” beynəlxalq sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və Tatarıstanın Sənaye Klasteri arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Məlumata görə, sənədi qurumun İdarə Heyətinin (İH) sədri Elşad Nuriyev və Klasterin İH-nin sədri Sergey Mayorov imzalayıb.

Memoranduma əsasən, iki ölkənin sahibkarları arasında əməkdaşlıq əlaqələrinin qurulması və sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, biznes səfərlərin təşkili, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənilməsi nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et