Müəllif - Aida İsaq, Banco.az
G7 ölkələri bank böhranları ilə effektiv mübarizə aparmağa kömək edəcək birgə tədbirlər planı üzərində işləyir.
Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” qəzeti məlumat yayıb. Beləliklə, bildirilir ki, böyük yeddilik ölkələri “Silikon Vadisi Bankının (SVB)” iflasına səbəb olan bank böhranı ilə mübarizə üçün planlar hazırlamaq niyyətindədir.
Qəzetin yazdığına görə, G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri yaxın gələcəkdə müvafiq tədbirlər planlarını açıqlayacaq.
Qeyd olunur ki, G7 ölkələrinin əsas vəzifəsi dünyada iqtisadi sferada qeyri-sabitliyi cilovlayaraq onun digər maliyyə institutlarına təsirini azaltmaqdır. Xüsusilə, G7 effektiv bank siyasəti üçün sərt tədbirlərin tətbiq edilməsinin zəruriliyini diqqətdə saxlayır.
Bizi sosial şəbəkələrdən izləyin!!