Müəllif - Aida İsaq, Banco.az
Nyu-York yeni istifadəyə verilən evlərdə qaz sistemini elektriklə əvəz edən ilki ABŞ ştatı olacaq.
Banco.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. Qanunvericiliyin tezliklə dövlət administrasiyası tərəfindən təsdiqlənəcəyi gözlənilir. Yeni tikililərdə mavi yanacağın istifadəsi ilə bağlı müvafiq qərarın məqsədi istixana qazlarının atmosferə atılmasını azaltmaq məqsədi daşıyır. Bu səbəbdən də yaşayış binalarının elekltrik enerjisi ilə təmin olunmasına nəzarət olunacaq.
Qeyd edək ki, Amerikanın bütün ştatları bu istiqamətdə eyni siyasətin həyata keçirilməsinə üstünlük vermir. Belə ki, Kaliforniyanın Berkli şəhərində yeni mənzillərin ölkənin qaz infrastrukturuna qoşulmasına icazə verən əks qərar verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!