Müəllif - Aida İsaq, Banco.az
Türkiyədə qaz qovşağı vasitəsilə ticarət 2024-cü ildən öz fəaliyyətinə başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, bir sıra Aİ üzvləri ölkənin qərbində yaradılan qovşaq vasitəsilə qaz almağa hazırdır. Onların arasında həmçinin Rumıniya, Macarıstan, Bosniya və Herseqovina və Serbiya yer alır.
Nazir bundan öncə Türkiyənin bu mərkəz vasitəsilə ildə 40 milyard kubmetr qaz sata biləcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!