Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi ilə bağlı altsistem yaradılacaq | Banco.az

Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi ilə bağlı altsistem yaradılacaq

Prezident İlham Əliyev “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən "kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi yaradılacaq.

"Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması təmin olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et