Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini müzakirə edib.
Bu barədə nazir "Tviter" hesabında bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç ilə ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!