Beynəlxalq Enerji Agentliyi təbii qazın qiyməti ilə bağlı proqnoz verib | Banco.az

Beynəlxalq Enerji Agentliyi təbii qazın qiyməti ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BEA: Təbii qaz qiymətləri bu yay qeyri-davamlı ola bilər.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) təbii qaz bazarında 2022-ci ilin necə keçdiyini və 2023-cü il üzrə proqnozları özündə əks etdirən “Qaz Bazarı 2023 - I Rüb Hesabatı” dərc edilib.

Hesabata görə, ötən il qlobal təbii qaz istehlakının 1,6 faiz azalmasına baxmayaraq, bazarda tədarük sıxlığı davam edib.

Enerji böhranının mərkəzi hesab edilən Avropada təbii qaza olan tələbat ötən il 13 faiz azalaraq tarixin ən sürətli geriləməsini reallaşdırıb. Sözügedən azalmada hökumətlərin enerji böhranı ilə bağlı gördüyü fövqəladə tədbirlər, sənaye istehsalının azalması, fərdi istehlakın azalması və mülayim hava şəraiti kimi amillər təsirli olub.

Asiyanın təbii qaz tələbatı də Çindəki Kovid-19 məhdudiyyətləri və mülayim hava şəraiti səbəbindən 2 faiz azalıb.

Şimali Amerikanın təbii qaz istehlakı isə 4,4 faiz artıb ki, bu göstərici ABŞ-da qaz istehlakının artması və Kanadada qaz elektrik stansiyalarının və sənaye istehlakının artması ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda qeyd olunub ki, Avropada təbii qaz qiymətləri, Asiyada isə LNG qiymətləri ötən il rekord həddə çatıb.

IEA-nın məlumatına görə, təbii qaz qiymətləri son aylarda tarixi zirvələrə çatdıqdan sonra ucuzlaşsa da, bu vəziyyət, xüsusən də Çinin LNG tələbatının artması ilə dəyişə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et