Nyu-York Fed-in sədri inflyasiyanın çox yüksək olduğunu söyləyib | Banco.az

Nyu-York Fed-in sədri inflyasiyanın çox yüksək olduğunu söyləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nyu-York Fed-in prezidenti Con Uilyams yüksək inflyasiyanın qarşısını almaq üçün səylərin hələ bitmədiyini bildirib.

Banco.az xəbər verir ki, Con Uilyams Nyu-Yorkda təşkil olunan bankirlər qrupunda çıxış edib.

O, inflyasiyanın hələ də çox yüksək olaraq qaldığını və FED-in qiymət təzyiqlərini soyutmağa yönəlmiş tədbirinin iqtisadiyyatda bəzi qaçılmaz təsirlərə səbəb olacağını bildirib.

“Son aylarda bir qədər mülayimlik müşahidə etsək də, 5 faizlik inflyasiya səviyyəsi hələ də çox yüksək həddir. İqtisadiyyatda tarazlığı bərpa etməli, inflyasiyanı davamlı şəkildə 2 faizə endirməliyik. Hələ işimiz bitməyib. İşimiz bitənə qədər strategiyamızdan dönməməliyik”, deyə sədr əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram