Azərbaycanda həyat sığortası 30%, qeyri-həyat sığortası isə 2% artıb | Banco.az

Azərbaycanda həyat sığortası 30%, qeyri-həyat sığortası isə 2% artıb

2022-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 498,984 milyon manat sığorta haqqı toplanılıb.

Bu, 2021-ci ilə nisbətən 30,25% çoxdur.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 471,839 milyon manat təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 2,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 3,5% artaraq 248,114 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,5% azalaraq 185,089 milyon manata düşüb.

Beləliklə, 2022-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,7 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 39,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ildə müvafiq olaraq 62,6 manat və 47,5 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et