Braziliya və Argentina ortaq valyuta qəbul etməyə hazırlaşır | Banco.az

Braziliya və Argentina ortaq valyuta qəbul etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya və Argentina ortaq valyutanı qəbul etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri yazıb.

Xəbərdə iki ölkə liderlərinin bu həftə hazırlıqların başlaması ilə bağlı açıqlama verəcəyi qeyd edilib.

Braziliyanın yeni pul vahidi üçün "sur" (cənub) adını təklif etdiyi və ortaq valyutanın bu həftə Buenos-Ayresdə keçiriləcək sammitdə müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, birgə yeni valyutanın yaradılmasında əsas məqsəd regional ticarəti gücləndirmək və ABŞ dollarından asılılığı azaltmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et