Bu ölkə Rusiyaya qarşı sanksiyalara qoşula bilməyib | Banco.az

Bu ölkə Rusiyaya qarşı sanksiyalara qoşula bilməyib

Müəllif - Aida İsaq, Banco.az

Moldova Rusiyaya qarşı qazın kəsilmə riski ilə bağlı sanksiyalara qoşulmayıb. 

Banco.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Daniel Voda bildirib ki. Onun sözlərinə görə, müvafiq addım atıldığı halda, ölkə iqtisadiyyatı mənfi nəticələrlə üzləşə bilər. Eyni zamanda o, ölkəsinin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etmə qərarına rəğbət bəslədiyini vurğulayıb.

Qeyd edək ki, daha öncə Moldova hökuməti şirkətlərə Moldova və Ukraynanın qaz ötürücü sistem qovşağında virtual əks xidmətdən istifadə imkanlarını özündə ehtiva edən dəyişiklikləri təsdiqləyib. Rəhbərin sözlərinə görə, müvafiq qanunvericilik dəyişiklikləri Moldova və Ukraynayanın enerji böhranı şəraitində əlavə yanacaq tədarükünü stimullaşdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram