"Qarabağda bizneslə məşğul olmaq üçün 343 layihə təqdim edilib" | Banco.az

"Qarabağda bizneslə məşğul olmaq üçün 343 layihə təqdim edilib"

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına (AQSİA) 343 layihə təqdim edilib.

Bu barədə  AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.

AQSİA sədri qeyd edib ki, layihələr əsasən Füzuli, Hadrut, Ağdam, Zəngilan, Bərdə və Tərtər rayonlarını əhatə edir. Bu layihələr regionlarda təndir sexlərinin açılması, Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır.

“Hazırda ölkədə 1 milyon 168 min sahibkar var ki, bunun 250 mindən çoxu qadındır. İndiyədək AQSİA-ya ölkənin müxtəlif bölgələri və istiqamətlərini əhatə edən 4 mindən çox biznes layihəsi təqdim edilib. Daha çox müraciətlər Gədəbəy, Oğuz, Tovuz bölgələrindən daxil olur. Qadınlar əsasən səhiyyə, estetika, onlayn satış sahələrinə maraq göstərirlər”, - deyə S.Babayeva vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et