Aİ təbii qazın qiymət həddi ilə bağlı razılığa gəlib | Banco.az

Aİ təbii qazın qiymət həddi ilə bağlı razılığa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ təbii qazın maksimal qiymətini 180 avro qəbul edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin Energetika nazirləri Avropada enerji böhranına qarşı görüləcək tədbirlər və idxal olunan təbii qaza tətbiq olunacaq qiymət həddini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.

İclasdan sonra yayılan bəyanatda üzv ölkələrin həddindən artıq yüksək qaz qiymətlərinin məhdudlaşdırılması üçün müvəqqəti mexanizm üzərində razılaşdıqları bildirilib.

Bənayatda sözügedən qiymət həddinin Avropanın etolon hesab edilən Hollandiya mərkəzli virtual təbii qaz ticarət birjası TTF-də satılan qaz fyuçersinin maksimal qiyməti 3 iş günü ərzində 180 avronu keçərsə və eyni dövrdə Avropada satılan mayeləşdirilmiş təbii qazın (LNG) meqavat/saat qiyməti qlobal bazarların 35 avro həddini üstələyərsə, qüvvəyə minəcəyi qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Mexanizmin 15 fevral 2023-cü il tarixindən etibarən qüvvəyə minəcəyi vurğulanan bəyanatda Aİ Enerji Tənzimləyiciləri Əməkdaşlıq Agentliyinin (ACER) davamlı olaraq bazarları izləyəcəyi və müvafiq bildirişlər dərc edəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et