Azərbaycanda ilk vençur fondunun investisiya planları açıqlanıb | Banco.az

Azərbaycanda ilk vençur fondunun investisiya planları açıqlanıb

Yeni "Caucasus Ventures" vençur fondu beş il ərzində 50 layihəyə 6,6 milyon dollar investisiya qoyacaq.

Bunu bu gün fondun direktoru Məmməd Kərim deyib.

Onun sözlərinə görə, fond həm yerli, həm də regional startapları maliyyələşdirəcək.

O bildirib ki, coğrafi baxımdan fondun fəaliyyəti Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya kimi regionları əhatə edəcək.

"İnvestorlarımız bu regionlarda artıq iş və investisiya təcrübəsinə malikdir. Ancaq gələcəkdə regionların əhatə dairəsi genişləndiriləcək. Həmçinin, fondun vəsaitlərinin təxminən 10 faizi digər xarici vençur fondlarına investisiya olunacaq", - M.Kərim deyib.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et