BƏƏ neft və qaz sektoruna 150 milyard dollar investisiya qoyacaq | Banco.az

BƏƏ neft və qaz sektoruna 150 milyard dollar investisiya qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ neft və qaz sektorlarını genişləndirmək üçün 150 milyard dollar investisiya qoyuluşu planlaşdırır.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli neft şirkəti “ADNOC” növbəti 5 il ərzində şirkətin kapital qoyuluşlarını 150 milyard dollara çatdırmağı hədəfləyir.

Şirkət 2023-2027-ci illər üzrə kapital qoyuluşlarının artırılmasını ehtiva edən yenilənmiş strategiyasını açıqlayıb.

Bu strategiyaya əsasən, şirkətin qaz emalı və mayeləşdirilmiş təbii qaz sahəsində fəaliyyəti birləşdirilərək “ADNOC Gas” şirkəti yaradılacaq və gələn il Abu-Dabi Fond Birjasında yeni şirkətin minoritar payının ilk kütləvi təklifi keçiriləcək.

Yeniliklər çərçivəsində şirkət növbəti 5 ildə kapital qoyuluşlarını 550 milyard dirhəmə (təxminən 150 milyard dollar) çatdıracaq və daha əvvəl elan edilmiş hasilat gücünü gündəlik 5 milyon barelə çatdırmaq hədəfi isə 2030 əvəzinə 2027-ci il üçün sürətləndiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et