Ölkələr üzrə qiymət artımları rekord səviyyəyə çatıb | Banco.az

Ölkələr üzrə qiymət artımları rekord səviyyəyə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Sentyabrda 69 ölkədə illik inflyasiya yüksək həddə çatıb.

Banco.az xəbər verir ki, sentyabrda qiymətlərin artım səviyyəsi üç Avropa ölkəsində ən yüksək həddə çatıb. Sözügedən artım tempi Bosniya və Herseqovinada (17,3 faiz), Hollandiyada (14,5 faiz) və Almaniyada (10 faiz) qeydə alınıb. Bu göstərici üzrə rekord nəticə Şri-Lankada da yenilənib (74 faiz).

Avstriyada inflyasiya 1952-ci ildən bəri maksimum həddə yəni 10,5 faizə, Belçikada isə 11,3 faizə (1975-ci ildən bu yana) qədər sürətlənib. Ümumilikdə Avropanın 27, Afrikanın 16, Asiyanın 11, Yaxın Şərqin 7 ölkəsində inflyasiya pik həddə çatıb.

Qeyd edək ki, Avropada sentyabr üzrə ən yüksək inflyasiya  34 faizlə Moldovada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et