Ziraat Bank Azərbaycan-ın xalis mənfəəti 2 dəfə artıb | Banco.az

Ziraat Bank Azərbaycan-ın xalis mənfəəti 2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ziraat Bank Azərbaycan müsbət artım dinamikasını 2024-cü ilin ikinci rübü ərzində də davam etdirib. Belə ki, bank 2024-cü ilin yanvar-iyun aylarında 8.1 milyon manat xalis mənfəət əldə edib. Bu isə illik müqayisədə 4 milyon manat və ya 1.9 dəfə çoxdur.

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın aktivləri 136 milyon 295 min manat və ya 21.4% artaraq 772 milyon 979 min mln. manata çatıb.

Bankın kredit portfeli də bu ilin əvvəli ilə müqayisədə 34 milyon 55 min manat və ya 8.7% artaraq 425 milyon manata çatıb. Ziraat Bank Azərbaycan-ın depozit portfeli isə 532 milyon manatı ötüb ki, bu da ötən ilin sonunun nəticələri ilə müqayisədə 29,4% və ya 121 milyon 13 min manat artımdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram