Ziraat Bank Azərbaycan 2024-cü ilin üçüncü rübünə dair maliyyə hesabatını yayımlayıb. Hesabata əsasən Bankın biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% artaraq 416 mln manat təşkil etmişdir. Bu da bankın ölkə iqtisadiyyatına öz tövhəsini verməkdə davam etdiyinin əsas göstəricilərindən biridir.
Ziraat Bank Azərbaycanın ümumi kredit portfeli üzrə də ciddi artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfeli 24.2% artaraq 444 mln manatı keçmişdir.
Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.5 % artaraq 278 mln manatı keçib.
Yayımlanmış hesabatlara əsasən, Bankın cəmi aktivləri 2024-cü ilin doqquz ayı ərzində 26.4 % artaraq 805 mln. manata çatıb. Bankın balans kapitalı isə 129 mln. manatı keçib.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın əməliyyat gəliri 30 % artaraq 23.4 mln manatı keçib. Ümumilikdə isə bank 2024-cü ilin ilk doqquz ayı ərzində 11 mln. manat xalis mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 6,4 milyon manat olub.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.