Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur" | Banco.az

Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"

"Rabitəbank" ASC-nin konsolidasiya məsələsi gündəmdə deyil".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.

"Buna ehtiyac görmürük", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bankın İdarə Heyətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir: "Hazırda İdarə Heyəti sədr və 6 baş direktordan ibarətdir. İdarə Heyətinə başqa üzvün və ya üzvlərin təyin olunması gözlənilmir".

Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur. Arif Zeynalov, Aydın Hüseynov, Eldar Ağayev, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev isə bankın baş direktorları siyahısında təmsil olunurlar.