Yunanıstan və Azərbaycan DESFA üzrə danışıqları bərpa edir | Banco.az

Yunanıstan və Azərbaycan DESFA üzrə danışıqları bərpa edir

Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək.

Banco.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib.

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.